Lui van Qal: “3-cü yer uğrunda oyun mənasızdır”
13 iyul 2014 00:10 (UTC +04:00)

Lui van Qal: “3-cü yer uğrunda oyun mənasızdır”

İyulun 13-də gecə saatlarında futbol üzrə dünya birinciliyində üçüncü yer uğrunda Braziliya ilə Hollandiya arasında görüş keçiriləcək.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Hollandiyanın baş məşqçisi Lui Van Qal üçün yer uğrunda mübarizəni “mənasız” adlandırıb.

 

“Biz hələ də kədərli və dilxoruq. İstəyimizi gerçəkləşdirə bilmədik. Üçüncü yer uğrunda oyun tamamilə mənasızdır. Mən 10 ildir bunu deyirəm. Əsas kimin çempion olmasıdır” -deyə, hollandiyalı mütəxəssis vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1247

Oxşar yazılar