Lempardın “Mançester Siti”yə keçidi təsdiqləndi
03 avqust 2014 18:24 (UTC +04:00)

Lempardın “Mançester Siti”yə keçidi təsdiqləndi

0

13 mövsüm ərzində “Çelsi”nin şərəfini qoruyan Frenk Lempard növbəti mövsümü “Mançester Siti”də oynayacaq. Apasport.az saytının məlumatına görə, bu barədə “şəhərlilərin” baş məşqçisi Manuel Pelliqrini bildirib.

 

Lempard iyul ayında növbəti mövsümdən MLS-də çıxışa başlayacaq “Nyu-York Siti” klubu ilə müqavilə bağlayıb. MLS-də mövsüm 2015-ci ilin yazında başladığından, Lempard idman formasını saxlamaq üçün başqa klubda oynamalıdır. Bu müddəti icarə əsasında “Mançester Siti”də keçirəcək futbolçu Pelliqrinidən onu “Çelsi” ilə oyunda meydana buraxmamağı xahiş edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1269

Oxşar yazılar