Kubadan Floridaya akuladan qorunmadan üzmək niyyəti
13 iyun 2013 01:28 (UTC +04:00)

Kubadan Floridaya akuladan qorunmadan üzmək niyyəti

Kubadan Floridaya akuladan qorunmadan üzmək niyyəti

Avstraliyalı idmaçı Xloya Makkardel akuladan qorunmaq üçün heç bir qoruyucu vasitədən istifadə etmədən Kubadan ABŞ-ın Florida ştatına üzməklə rekord vurmağa cəhd etmək niyyətindədir.

 

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, əgər bu baş tutsa, onda X.Makkardel dünyada xüsusi geyim olmadan bu məsafəni üzəcək ilk idmançı olacaq.

 

Avstraliyalı idmançının üzəcəyi məsafənin uzunluğu 160 km-dir.O, bu məsafəni 60 saata üzmək istəyir.

 

Bu xanım idmançı 1960-cı ildən diplomatik münasibəti kəsilmiş ABŞ-la Kuba arasında əlaqalərin yaxşılaşacağına inandığını da bildirib. 

# 605
avatar

Oxşar yazılar