Ronaldodan boşalan yeri “Qalatasaray”lı dolduracaq
05 sentyabr 2014 17:09 (UTC +04:00)

Ronaldodan boşalan yeri “Qalatasaray”lı dolduracaq

Sentyabr 7-də “AVRO 2016”ın seçmə mərhələsinin ilk oyunlar keçiriləcək. Lent.az-ın məlumatına görə, Portuqaliya millisi Albaniya ilə keçirilicək oyun öncəsi böyük itki ilə üzləşib. “Real Madrid”in ulduz futbolçusu Kriştian Ronaldonun zədəsi komandaya ağır başa gələ bilər. Portuqaliya millisinin baş məşqçisi Paulo Bento Ronaldo milli komandanın düşərgəsinə çağırmayıb. Onun əvəzinə  “Qalatasaray”ın portuqaliyalısı oyunçusu Bruma heyətə cəlb edilib. Gələcək vəd edən oyunçu Ronaldonun boşatdığı yeri doldurmağa çalışacaq.

Qeyd edək ki, uzun müddətdir zədədən əziyyət çəkən Bruma artıq formaya düşüb. Superliqanın 1-ci turunda “Bursaspor”oyununda göstərdiyi futbolla, eləcə də Burakın vuruduğu qolda ötürməsiylə bunu sübüt edib

Portuqaliya millisinin heyətində debüt edəcək futbolçunun ilk 11-də forma geyinəcəyi gözlənilir.

Onuda qeyd edək ki, Portuqaliya sentyabrın 7-də öz meydanında Albaniyanı qonaq edəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2326
avatar

Səlcuq Elçin

Oxşar yazılar