Kriştianu Ronaldu 500-cü qolunu vurdu
01 oktyabr 2015 00:53 (UTC +04:00)

Kriştianu Ronaldu 500-cü qolunu vurdu

0

Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldu karyerasındakı 500-cü qolunu vurub.

 

Apasport.az saytının məlumatına görə, portuqaliyalı forvard Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Malmö” – “Real Madrid” qarşılaşmasında hesabı açmaqla özü üçün rekord və yubiley müəyyənləşdirib.

 

Qeyd edək ki, 30 yaşlı futbolçu bu göstəriciyə karyerası ərzində klublar və yığma səviyyəsində keçirdiyi 753-cü matçında imza atıb.

 

Əlavə olaraq bildirək ki, bu qol həm də Kriştianonun “Real” üçün Çempionlar Liqasında vurduğu 66-cı qoldu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 343

Oxşar yazılar