Krımın futbol klubları Ukrayna çempionatında oynayacaq
27 mart 2014 01:14 (UTC +04:00)

Krımın futbol klubları Ukrayna çempionatında oynayacaq

Martın 29-da «Sevastopol» futbol klubu Lvovun «Karpatı» komandası ilə keçiriləcək oyunu təxirə salmaq niyyətində olmadığını bildirib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Krımın Rusiyaya birləşdirilməsinə baxmayaraq, «Sevastopol» Ukrayna çempionatında oyunlarını davam etdirmək istəyir.

 

Klub rəhbərliyi biletlərin satışda olduğunu və komandanın qarşılaşmaya ciddi hazırlaşdığını bəyan edib.

 

Cümə günü Zaporojeyenin «Metallurq» klubu ilə görüşəcək Simferopolun «Tavriya» komandası da uyğun addım atmaq niyyətində olduğunu bildirib.

 

Bununla belə cari mövsüm başa çatandan sonra yarımadanı təmsil edən hər iki klubun Rusiya çempionatında iştirakı istisna olunmur.

 

UEFA təmsilçiləri  adı çəkilən klublardan heç bir sorğu almadıqlarını təsdiqləyiblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1076

Oxşar yazılar