Konfederasiyalar Kuboku: Nigeriya Taitini "darmadağın" etdi
18 iyun 2013 01:48 (UTC +04:00)

Konfederasiyalar Kuboku: Nigeriya Taitini "darmadağın" etdi

Braziliyada keçirilən Konfederasiyalar Kubokunda qrup oyunları davam edir. Apasport.az saytının məlumatına görə, sayca 9-cu dəfə təşkil edilən yarışın 3-cü günündə bu gecə daha bir oyun keçirilib.

"B" qrupunda mübarizə aparan Taiti milli komandası ilə Nigeriya yığması görüşüb. Oyun 
Taiti - Nigeriya 1:6 hesabı ilə başa çatıb.

QOLLAR: Tehau, 54 - Elderson, 5, 80, Oduamadi, 10, 26, 76, Tehau, 69-avtoqol 

Qeyd edək ki, Konfederasiyalar Kuboku ilk dəfə 1992-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Kral Fəhd Kuboku adı altında baş tutan turniri ən çox Braziliya qazanıb – 3 dəfə (1997, 2005, 2009). 2 dəfə (2001, 2003) Fransa, hərəyə bir dəfə  Argentina (1992), Danimarka (1995) və Meksika (1999) qalib gəlib.



 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 979
avatar

Oxşar yazılar