Konfederasiyalar Kuboku: Braziliyanın rəqibi İspaniya oldu
28 iyun 2013 02:48 (UTC +04:00)

Konfederasiyalar Kuboku: Braziliyanın rəqibi İspaniya oldu

İyunun 27-də Braziliyada keçirilən Konfederasiyalar Kubokunda yarımfinal oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, sayca 9-cu dəfə gerçəkləşən yarışın 9-cu günündə ötən gün finala keçən ev sahibləri Braziliyanın rəqibi müəyyənlib.

 
“B”qrupunun qalibi, son dünya və Avropa çempionu İspaniya milli komandası “A” qrupunun 2-cisi İtaliya yığması ilə qarşılıb. Bu görüşdə “Skuadra Adzurra” Priney təmsilçisindən “Avro-2012”-nin finalında uduzduqları (4:0) oyunun əvəzini çıxmağa çalışıb. 

Oyun Fortaleza şəhərinin “Kastelan” stadionunda keçirilib.

 


Qeyd edək ki, Konfederasiyalar Kuboku ilk dəfə 1992-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Kral Fəhd Kuboku adı altında baş tutan turniri ən çox Braziliya qazanıb – 3 dəfə (1997, 2005, 2009). 2 dəfə (2001, 2003) Fransa, hərəyə 1 dəfə isə Argentina (1992), Danimarka (1995) və Meksika (1999) qalib gəlib. 


İspaniya - İtaliya - 7:6 (11 metrlik zərbələrlə)
 

 

Baş hakim: Hovard Uebb (İngiltərə) 
Fortaleza. “Kastelan” stadionu

İspaniya: Kasilyas, Arbeloa, Pike, Ramos, Alba, Buskets, Pedro, Xavi, İnyesta, Silva, Torres

İtaliya: Buffon, Barsali, Bonuççi, Kellini, Madjo, De Rossi, Pirlo, Cakkerini, Kandreva, Markizio, Cilardino

# 1232
avatar

Oxşar yazılar