Konfederasiyalar Kuboku: Braziliya və İtaliya yarımfinalda!  - YENİLƏNİB
20 iyun 2013 04:55 (UTC +04:00)

Konfederasiyalar Kuboku: Braziliya və İtaliya yarımfinalda!  - YENİLƏNİB

Braziliyada keçirilən Konfederasiyalar Kubokunda qrup oyunları davam edir. Apasport.az saytının məlumatına görə, sayca 9-cu dəfə reallaşan yarışın 4-cü günündə bu gecə azarkeşlər daha iki matç izləyib. 


Turnirin açılış günü Yaponiya millisini 3:0 hesabı ilə məğlub edən Braziliya yığma komandası növbəti oyununa çıxıb. Meydan sahiblərinin rəqibi Meksika olub. “Sambaçılar” bu görüşdə də qalib gəlməməkdə çətinlik çəkməyib. 9-cu dəqiqədə hesabı açan Neymar son dəqiqələrdə də Jonun fərqlənməsinə yardımçı olub. 

Beləliklə, rəqibini 2:0 hesabı ilə üstələyən Luis Felipe Skolarinin yetirmələri xalını 6-ya çatdıraraq, yarımfinala vəsiqə qazanıb. 

A qrupunun digər görüşündə isə Avro-2012-nin finalçılarından olan İtaliya ikinci matçını keçirib. “Skuadra adzurra” bu dəfə Asiya təmsilçisi Yaponiya ilə münasibətlərinə aydınlıq gətirib. Oyunda azarkeşlər 7 qola şahidlik edib. Rəqibini 4:3 hesabı ilə məğlub edən apeninlilər Braziliyadan sonra yarımfinala keçən növbəti komanda olub. 

Qeyd edək ki, Konfederasiyalar Kuboku ilk dəfə 1992-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Kral Fəhd Kuboku adı altında baş tutan turniri ən çox Braziliya qazanıb – 3 dəfə (1997, 2005, 2009). 2 dəfə (2001, 2003) Fransa, hərəyə 1 dəfə isə Argentina (1992), Danimarka (1995) və Meksika (1999) qalib gəlib. 


Braziliya - Meksika - 2:0
QOLLAR: Neymar, 9, Jo, 90+3

Braziliya: Julio Sezar, Dani Alves, Tiaqo Silva, David Luis, Marselo, Fred, Neymar, Oskar, Luis Qustavo, Paulino, Halk

Meksika: Korona, Mer, Torres Nilo, Moreno, Salsido, Torrado, Flores, Maca, Quardado, Hrnandes, Dos Santos 


İtaliya - Yaponiya - 4:3
QOLLAR: De Rossi, 41, Uçida, 54-avtoqol, Balotelli, 52, Covinko, 86 - Honda, 21-pen, Kaqava, 33, Okadzaki, 69

İtaliya: Buffon, Madjo, Barsali, Kellini, De Şilo, Montolivo, Pirlo, De Rossi, Akvilani, Cakkerini, Balotelli

Yaponiya: Kavasimo, Naqatomo, Uçida, Yosida, Konno, Honda, Endo, Kaqava, Xasebe, Okadzaki, Maeda 

***

01.56

Braziliyada keçirilən Konfederasiyalar Kubokunda qrup oyunları davam edir. Apasport.az saytının məlumatına görə, sayca 9-cu dəfə reallaşan yarışın 4-cü günündə  iki oyun keçirilib.


Turnirin açılış günü Yaponiya millisini 3:0 hesabı ilə məğlub edən Braziliya yığma komandası növbəti oyununa  meydan sahibləri, Meksika ilə çıxıb.

 
Braziliya - Meksika - 2:0
QOL: Neymar, 9, Jo, 90+2

Braziliya: Julio Sezar, Dani Alves, Tiaqo Silva, David Luis, Marselo, Fred, Neymar, Oskar, Luis Qustavo, Paulino, Halk

Meksika: Korona, Mer, Torres Nilo, Moreno, Salsido, Torrado, Flores, Maca, Quardado, Hrnandes, Dos Santos 
 

 «A» qrupunun digər görüşündə isə Avro-2012-nin finalçılarından olan İtaliya ikinci matçını keçirəcək. “Skuadra adzurra” bu dəfə Asiya təmsilçisi Yaponiya ilə münasibətlərinə aydınlıq gətirəcək. 

 

Qeyd edək ki, Konfederasiyalar Kuboku ilk dəfə 1992-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Kral Fəhd Kuboku adı altında baş tutan turniri ən çox Braziliya qazanıb – 3 dəfə (1997, 2005, 2009). 2 dəfə (2001, 2003) Fransa, hərəyə 1 dəfə isə Argentina (1992), Danimarka (1995) və Meksika (1999) qalib gəlib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1370
avatar

Oxşar yazılar