Klublarımızın ev və səfər oyunlarının başlama vaxtı bəlli oldu
10 iyul 2015 23:45 (UTC +04:00)

Klublarımızın ev və səfər oyunlarının başlama vaxtı bəlli oldu

Ölkəmizi UEFA Avropa Liqasında təmsil edən “Qəbələ” və “İnter”in II təsnifat mərhələsindəki ilk oyunlarının vaxtları açıqlanıb.

 

Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, hər iki təmsilçimiz ilk oyunlarını səfərdə keçirəcək.

 

İyulun 16-da ilk öncə “Qəbələ” meydana çıxacaq. Serbiyanın paytaxtı Belqradda “Çukariçki”yə qonaq olacaq təmsilçimizin oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

 

“İnter”in matçı isə təxminən yarım saat sonra başlayacaq. “Bankirlər” eyni gündə, Bakı vaxtı ilə saat 00:15-də meydana çıxacaq. Paytaxt klubu İslandiyada “Hafnarfyordur”un qonağı olacaq. Oyun “Kaplakrikavöllur” stadionunda keçiriləcək.

 

Qeyd edək ki, təmsilçilərimizin cavab oyunları bir həftə sonra, iyulun 23-də keçiriləcək.

 

Hər iki klubumuzun oyunu saat 21:00-da başlayacaq. “İnter” rəqibini “İnter Arena”da, “Qəbələ” isə Qəbələ şəhər stadionunda qəbul edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 383

Oxşar yazılar