Kloze sabiq klubuna qayıdır
18 aprel 2018 07:42 (UTC +04:00)

Kloze sabiq klubuna qayıdır

0

Almaniya millisinin sabiq futbolçusu Miroslav Klozenin yeni iş yeri məlum olub. Apasport.az saytının məlumatına görə, dünya çempionatları tarixinin ən yaxşı bombardiri 2016-cı ilin noyabrından yer aldığı Bundestimin məşqçilər korpusunu tərk edəcək.

 

O, vaxtilə şərəfini qoruduğu “Bavariya”nın U-17 komandasının baş məşqçisi kimi fəaliyyətə başlayacaq. Kloze Münhen klubunda yeni mövsümdən işləyəcək.

 

Qeyd edək ki, Miroslav 2007-11-ci illərdə şərəfini qoruduğu “Bavariya” ilə 2 dəfə Almaniya çempionu adını qazanıb. O, 71 qolla yığma tarixinin bombardiridi.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 456

Oxşar yazılar