Boks üzrə dünya çempionu, "Avromaydan" iştirakçısı Vladimir Kliçko avstraliyalı boksçu Aleks Leapaini nokaut edib. Döyüş Almaniyanın Oberhauzen şəhərində baş tutub. İndiyə qədər qazandığı bütün titulları qorumaq üçün rinqə çıxan Kliçko rəqibini vaxtından əvvəl-5-ci raundda məğlub edib. İkinci dəqiqədə nokdaun olan Leapai tez ayağa qalxıb və döyüşü davam etdirib. Birinci raundun sonunda isə Kliçko oyuna tamamilə hakim olub. Digər 3 raundda Leapai ayaq üstə dayansa da bir neçə yumruqdan yayına bilməyib. Döyüş 5-ci raundda başa çatıb. Bir neçə dəqiqənin içində Kliçko rəqibini iki dəfə nokauta salıb.
Bununla da Vladimir Kliçko titulunu qoruya bilib. Leapainin 34 yaşı var. O, bu vaxta qədər keçirdiyi 37 döyüşün 30-nu nokautla udub. Bu döyüş 38 yaşlı Kliçkonin 65-ci döyuşü olub.