“Barselona”nın keçmiş müdafiəçisi Karles Puyol özünə yeni vəzifə tapıb.
Apasport.az saytının “Marka”ya istinadən məlumatına görə, keçmiş 5 nömrə bundan sonra futbolçuların agenti kimi fəaliyyət göstərəcək.
Artıq onun ilk müştərisi də məlumdu. Belə ki, “Barselona”nın 24 yaşlı müdafiəçisi Mark Bartranın hüquqlarını bundan sonra eks-kapitan qoruyacaq.