İtalyanın "Milan" klubundan ayrılaraq "Orlando Siti" ilə müqavilə imzalayan Kaka yeni mövsümdən icarə əsasında Braziliya klubunda oynayacaq. Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kaka, 2014-ci ilin sonuna kimi Braziliyanın "San-Paulu" klubunda çıxış edəcək.
Qeyd edək ki, uzun illər “Milan” klubunun şərəfini qoruyan Kaka, daha sonra İspaniyanın Real Madrid klubuna transfer olunsa da o, yeni klubunda ümidləri doğrultmayaraq, yenidən köhnə iş yerinə qayıtmışdı