İsveç millisinin və “PSJ” nin təcrübəli hücumcusu Zlatan İbrahimoviç tarixə düşüb. Lent.az-ın məlumatına görə, təcrübəli futbolçu İsveç milli komandasının ən çox qol vuran oyunçusu kimi bu şərəfə nail olub.
Bir neçə gün əvvəl isveçlilər Estoniya ilə yoldaşlıq görüşü keçiriblər və İbrahimoviç həmin oyunda 2 qol vurmağı bacarıb. Beləliklə, vuduğu qolların sayını 50-ə çatdıran Bosniya əsilli isveçli qolçu ən çox qol vuran oyunçu kimi adını tarixə yazdırıb.
Qeyd edək ki, Zlatandan öncə bu siyahıya Sven Ryudeli başçılıq edib. O, 1923-1932-ci illər arasında millinin heyətində 49 qol vurub