İspaniyanın futbol əfsanəsi vəfat edib
08 iyul 2014 03:59 (UTC +04:00)

İspaniyanın futbol əfsanəsi vəfat edib

Məşhur ispaniyalı futbolçu, “Real Madrid” klubunun fəxri prezidenti Alfredo di Stefano 88 yaşında vəfat edib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Di Stefano iyulun 5-də “Santyaqo Bernabeu” stadionunun yaxınlığında ürək tutması keçirərək, komaya düşüb. Onun hətta 18 saniyə nəfəsi də dayanıb. Futbolçu dərhal xəstəxanaya yerləşdirilib. Amma həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb

 

Di Stefano 1950-1960-cı illərdə “Real”ın heyətində çıxışı ilə məşhurlaşıb. O, komandanın tərkibində 282 matça çıxıb və 216 qol vurub. Buenos-Ayresdə doğulan futbolçu Argentina, Kolumbiya və İspaniya millilərinin şərəfini qoruyub. O, iki dəfə Argentina, üç dəfə Kolumbiya və səkkiz dəfə İspaniya çempionudur. Di Stefano FİFA-nın şərəf zalının ilk üzvüdür.

 

O, 2000-ci ildən “Real”ın, 2008-ci ildən isə həm də UEFA-nın fəxri prezidentidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1288

Oxşar yazılar