Futbol üzrə İspaniya La Liqasında 2014/2015 mövsümünə start verilib. Lent.az-ın qol.az-a istinadən məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
Mövsümün açılış matçında "Malaqa" və "Atletik" (Bilbao) komandaları üz-üzə gəlib. Gərgin keçən oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.
Digər oyunda "Qranada" evdə "Deportivo"nu 2:1 hesabı ilə məğlub edib. "Sevilya" klubu isə öz meydanında "Valensiya" ilə 1:1 bərabərə qalıb.
Qeyd edək ki, La Liqada I tura "Rayo Valyekano" - "Atletiko" (Madrid) oyunu ilə yekun vurulacaq.
23 avqust
İspaniya La Liqası, I tur
"Malaqa" - "Atletik" (Bilbao) - 1:0
Qol: Alberto, 35 (1:0)
Qırmızı vərəqələr: Duda, 88 ("Malaqa"), Antunes, 90+2 ("Malaqa")
"Qranada" - "Deportivo" - 2:1
Qollar: Kavaleyro, 20 (0:1), Roçina, 55 (1:1), Babin, 77 (2:1)
"Sevilya" - "Valensiya" - 1:1
Qollar: Vidal, 44 (1:0), Orban, 88 (1:1)
Qırmızı vərəqə: de Paul, 67 ("Valensiya")
"Almeriya" - "Espanyol" - 1:1
Qollar: Soriano, 52 (1:0), Qarsiya, 90+13 (1:1)
Qırmızı vərəqə: Arbilla, 33 ("Espanyol")
25 avqust
"Eybar" - "Real Sosyedad"
"Barselona" - "Elçe"
"Selta Viqo" - "Qetafe"
"Levante" - "Vilyareal"
"Real" (Madrid) - "Kordoba"
26 avqust
"Rayo Valyekano" - "Atletiko" (Madrid)