Konfederasiyalar Kubokunun yarımfinal mərhələsində qarşılaşacaq olan İspaniya - İtaliya matçını idarə edəcək hakimin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, FİFA iyunun 27-də keçiriləcək matçı İngiltərədən olan referi Hovard Uebbə etibar edib.
Bu komandalar rəsmi oyunlarda sonuncu də Avro-2012-nin finalında qarşılaşıblar. Həmin görüşdə İspaniya millisi rəqibini 4:0 hesabı ilə məğlub edərək, qitə birinciliyinə sahib olub.
Qeyd edək ki, Uebb sonuncu dəfə İspaniya yığmasının oyununu Cənubi Afrika Respublikasında keçirilən 2010-cu il dünya çempionatının finalında idarə etmişdi. Hollandiya ilə üz-üzə gələn Priney təmsilçisi minimal hesabla qalib gələrək, mundialın qalibi adını qazanmışdı.