“Sevilya” klubunun futbolçusu Fernando Navarro ötən həftəsonu komandasının “Elçe”yə 3-0 hesabıyla qalib gəldiyi oyunda skandal hərəkətə imza atıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, ehtiyat oyunçular skamyasında əyləşən futbolçu komanda yoldaşının paltarı ilə önünü örtərək, əlindəki stəkana tualet ehtiyacını ödəyib.
Bu görüntülər isə kameraların diqqətindən yayınmayıb. Futbolçu bir anda İspaniyanın ən çox danışılan adamına çevrilib.