İsmət Abasovla Aydın Bəşirov federasiya prezidentliyindən getdi
27 fevral 2014 14:45 (UTC +04:00)

İsmət Abasovla Aydın Bəşirov federasiya prezidentliyindən getdi

Fevralın 27-də Milli Olimpiya Komitəsinin konfrans zalında Azərbaycan Yelkən İdmanı Federasiyası (AYİF) və Azərbaycan Stolüstü Tennis Federasiyasında (ASTF) prezident seçkisi keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, AYİF Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanova, ASTF isə iqtisadi inkişaf naziri Şahin Mustafayevə həvalə olunub.

 

Qeyd edək ki, əvvəllər bu federasiyalara müvafiq olaraq, Aydın Bəşirov və İsmət Abasov rəhbərlik edib. I. Abasov hazırda baş nazirin müavinidir. A. Bəşirov isə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1752

Oxşar yazılar