İrlandiya millisinin baş məşqçisindən hörmətsizlik
05 sentyabr 2017 22:25 (UTC +04:00)

İrlandiya millisinin baş məşqçisindən hörmətsizlik

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Azərbaycan yığmasını 3:1 hesabıyla məğlub edən İrlandiya millisinin baş məşqçisi Noel Kinqin mətbuat konfransı təşkil edilməliydi. Apasport.az saytının məlumatına görə, Kinq mətbuat konfransına gəlmədiyindən onu köməkçisi Harri Makkyuin əvəz edib.

 

- Baş məşqçi niyə gəlməyib?

- Heç bir səbəb yoxdu.

 

- Belə halla ilk dəfə rastlaşırıq...

- Burdan birbaşa hava limanına yollanacağıq. Oyunçulara deyəcək sözləri var. Ona görə, onu üzrlü hesab eləməyinizi xahiş etdi.

 

- Oyun barədə nə deyə bilərsiz?

- Azərbaycanın İsraillə oyununa baxmışdıq. Demək olar, tamamilə fərqli oyun gördük. Əsas millinizin də bir neçə oyunçusu bu gün bizəq arşı oynadı. İlk hissə bərabər mübarizə şəraitində keçdi. Lakin ikinci hissədə üstünlüyü ələ aldıq və 3 xalı təmin etdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 144
avatar

Oxşar yazılar