İranın qadın futbol yığmasının 8 oyunçusu kişi imiş
02 oktyabr 2015 06:35 (UTC +04:00)

İranın qadın futbol yığmasının 8 oyunçusu kişi imiş

0

İranın qadınlar arasında futbol üzrə milli komandasının 8 üzvünün cinsin dəyişdirilməsi əməliyyatı keçirmək istəyən kişi olduğu müəyyən edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  Daily Mail məlumat yayıb.   

 

Məlumata görə, İranın futbol məmurları İranın yığma komandasını və ölkə çempionatının aparıcı oyunçularını gender testindən keçməyi məcbur edib.  

 

“Səkkiz oyunçu İranın qadınlar arasında futbol üzrə milli komandasında çıxış edir, lakin onların cinsin dəyişdirilməsi üzrə əməliyyat olunmadığı məlum olub”, deyə İranın futbol liqasının məmuru Moytabi Şərifi bildirib.  

 

Qeyd edək ki, 2014-cü ildə İranın futbol məmurları İranın yığma komandasının 4 oyunçusu gender testindən keçmədiyindən müvəqqəti diskvalifikasiya olunublar.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar