İqor Akinfeyev antirekordunu yenilədi
26 noyabr 2014 06:56 (UTC +04:00)

İqor Akinfeyev antirekordunu yenilədi

MOİK-inin qapıçısı İqor Akinfeyev Çempionlar Liqasında antirekordunu yeniləyib. Apasport.az saytının məlumatına görə, Rusiya millisinin qolkiperi qitənin ən möhtəbər klub turnirinin V turunda doğma publika önündə “Roma” ilə matçda yenə azarkeşlərini üzüb.

 

Belə ki, Akinfeyev ardıcıl 26-c oyunda qol buraxıb. Moskvada 1:1 hesabı ilə başa çatan qarşılaşmada 28 yaşlı qolkiper görüşün 43-cü dəqiqəsində “canavarlar”ın əfsanəvi futbolçusu Françesko Tottinin topunu tordan çıxarıb.

 

Qeyd edək ki, Akinfeyevin uğursuz seriyası 2006/07 mövsümündə başlayıb. O, sonuncu dəfə “Arsenal”la oyunda topu tordan çıxarıb. Bu görüşdən sonra qapıçı ardıcıl olaraq, rəqib futbolçular qarşısında məyus olmağa başlayıb. Bu isə onun ümümilikdə, üzüldüyü 48-ci top olub.

 

Onu da əlavə edək ki, İqor Akinfeyevdən sonra antirekord PSV-nin sabiq qolkiperi Ronald Vaterreusə məxsusdu. Hollandiyalı isə Çempionlar Liqasının 16 oyununda qapısında top görüb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 821
avatar

Oxşar yazılar