Afinadada Yunanıstan - Azərbaycan Gənclər Mərkəzi açılıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir nazir müavini İntiqam Babayevin Yunanıstana rəsmi səfəri çərçivəsində baş tutub.
Açılışa Babayevlə yanaşı, Azərbaycan Respublikasının Yunanıstandakı səlahiyyətli və fövqəladə səfiri Rəhman Mustafayev, Mərkəzin sədri Yuannis Papaqriqori, Mərkəzin idarə heyətinin nümayəndəsi Günel Nəsirova, Yunanıstan - Azərbaycan Ticarət Palatasının rəhbəri Georgi Papadopolo və başqaları da qatılıb. Nazir müavini Gənclər Mərkəzinin Avropada açılmasının vacibliyini vurğulayaraq, mərasimdən sonra ölkələrimizin gəncləri arasında əməkdaşlığın daha da möhkəmlənəcəyinə əmin olduğunu söyləyib.
Papaqriqori Dağlıq Qarabağ probleminə toxunaraq həmişə Azərbaycanı dəstəklədiklərini bildirib. Daha sonra Babayev Gənclər və İdman Nazirliyi adından Mərkəzə hədiyyələr təqdim edib.