İngiltərədə qol yağışı: 8 oyunda 32 qol
23 mart 2014 12:11 (UTC +04:00)

İngiltərədə qol yağışı: 8 oyunda 32 qol

İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində 8 oyun keçirilib. Lent.az-ın məlumatına görə, bu oyunlarda xeyli gözlənilməz və bol qollu hesablar qeydə alınıb. Lider "Çelsi"nin izləyicilərindən olan "Arsenal"ı 6:0 hesabı ilə darmadağın etməsi ən gözlənilməz nəticə olub. Son həftələrin formda olan komandası – “Liverpul” isə səfərdə əzmkar qələbə qazanıb. "Kardiff" - "Liverpul" matçında qapılara 9 qol vurulub. Meydan sahibləri iki dəfə hesabda önə keçsə də, oyun qonaqların qələbəsi ilə başa çatıb - 6:3. Turnir cədvəlinə 69 xalla “Çelsi” başçılıq edir. “Liverpul”, “Mançester Siti” və “Arsenal” lideri qarabaqara izləyir.

 

22 mart

İngiltərə Premyer Liqası, 31-ci tur

 

"Çelsi" - "Arsenal" - 6:0
Qollar:
 Eto'o, 5 (1:0), Şurle, 7 (2:0), Hazard, 17 (3:0), Oskar, 42 (4:0), 66 (5:0), Salah, 71 (6:0)
Qırmızı vərəqə: Gibbs, 15 ("Arsenal")

 

"Kardiff" - "Liverpul" - 3:6
Qollar:
 Mutç, 9 (1:0), Suarez, 16 (1:1), Kampbel, 25 (2:1), Şkrtel, 41 (2:2), 54 (2:3), Suarez, 60 (2:4), Staric, 75 (2:5), Mutç, 88 (3:5), Suarez, 90 (3:6)

 

"Norviç" - "Sanderlend" - 2:0
Qollar: 
Robert, 20 (1:0), Tettey, 33 (2:0)

 

"Nyukasl" - "Kristal Palas" - 1:0
Qol: 
Sisse, 90 (1:0)

 

"Mançester Siti" - "Fulhem" - 5:0
Qol: 
Yaya Ture, 26 (1:0), 54 (2:0), 65 (3:0), Fernandinio, 84 (4:0), Demişelis, 88 (5:0)

 

"Hall Siti" - "Vest Bromviç" - 2:0
Qollar:
 Rosenioer, 32 (1:0), Lonq, 38 (2:0)

 

"Everton" - "Suonsi" - 3:2
Qollar:
 Baynes, 20 (1:0), Boni, 33 (1:1), Lukaku, 54 (2:1), Barnley, 58 (3:1), Viliams, 90 (3:2)

 

"Vest Hem" - "Mançester Yuanyted" - 0:2
Qollar:
 Runi, 8 (0:1), 33 (0:2)

 

23 mart

"Tottenhem" - "Souhempton"

"Aston Villa" - "Stok Siti"

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874

Oxşar yazılar