İdmançımız qızıl medal qazandı
29 mart 2015 21:36 (UTC +04:00)

İdmançımız qızıl medal qazandı

Qətərin paytaxtı Dohada keçirilən idman gimnastikası üzrə “World Challenge Cup” turnirinin növbəti mərhələsində Azərbaycan təmsilçisi Oleq Stepko qızıl medal qazanıb.

 

Lent.az-ın “qafqazinfo”-ya istinadən məlumatına görə, Oleq Stepko rəqiblərini üstələyərək paralel qollarda birinci yerdə qərarlaşıb. Həmin medal bu növ üzrə mübarizədə Azərbaycan idmançılarının qazandığı ilk qızıldır.

 

Turnirdə Kolumbiya təmsilçisi ikinci, rumıniyalı idmançı isə üçüncü olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 124
avatar

Oxşar yazılar