İdmançılarımızdan "Rio - 2016"ya daha 7 lisenziya
29 noyabr 2015 10:44 (UTC +04:00)

İdmançılarımızdan "Rio - 2016"ya daha 7 lisenziya

0

Portuqaliyanın Odivellas şəhərində 2016 Rio-de-Janeyro Yay Paralimpiya oyunlarına son reytinq xalı qazandıran Avropa çempionatı keçirilib. Apasport.az saytının məlumatına görə, yarış Azərbaycan idmançıları üçün uğurlu olub.

 

Cüdoçularımız qitə çempionatında 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

 

İlham Zəkiyev, Bayram Mustafayev və Ramil Qasımov qızıl, Ramin İbrahimov, Rövşən Səfərov, Səbinə Abdullayeva gümüş, Afaq Sultanova isə bürünc medal qazanıb.

 

Beləliklə Azərbaycan cüdoçuları Paralimpiya oyunlarına 7 lisenziya əldə ediblər.

 

Əlavə olaraq qeyd edək ki, İlham Zəkiyev bu nəticə ilə artıq 6-cı dəfə Avropa çempionu adına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 309

Oxşar yazılar