İdman qurumlarımız niyə Beynəlxalq İdman Jurnalistləri gününə biganədir?
02 iyul 2013 12:51 (UTC +04:00)

İdman qurumlarımız niyə Beynəlxalq İdman Jurnalistləri gününə biganədir?

Lent.az-ın təkidindən sonra AFFA və Gənclər və İdman Nazirliyi təbrik mesajı yaydı

 

2 iyul bütün dünyada Beynəlxalq İdman Jurnalistləri günü kimi qeyd olunur. O cümlədən, bizimlə qonşu ölkələrdə də. Məsələn, Gürcüstanda Futbol Federasiyasının rəsmi saytı vasitəsilə yerli idman jurnalistlərinə təbriklər çatdırılıb.

 

Amma Azərbaycanda belə bir günün idman jurnalistləri üçün də əlamətdarlığı az qala heç yada düşmür. Bunun səbəbini araşdırmaq üçün Lent.az ölkəmizin iki aparıcı idman qurumunun – Gənclər və İdman Nazirliyinin, eləcə də AFFA-nın mətbuat xidmətləri ilə əlaqə saxlayıb.

 

Nazirliyin mətbuat katibi Qabil Mehdiyev Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycanda idman jurnalistləri 22 iyul - Milli Mətbuat günündə təbrik olunurlar. Ona görə də eyni ay ərzində 2 dəfə təbrikə ehtiyac duymurlar. Nazirlik rəsmisi idman jurnalistikasını mətbuatın bir sahəsi saysa da, elə milli mətbuatın özü ilə paralel inkişaf etdiyini söyləyib: “Çox sevindirici haldır ki, ümumi mətbuatın bəlkə də ən böyük qolu olan idman jurnalistikası ölkəmizdə xüsusilə inkişaf edib. Bu da təsadüfi deyil. Bədən tərbiyəsi və idmanın inkişaf etdiyi, olimpiya hərəkatının belə geniş yayıldığı bir halda, Azərbaycanda idman mətbuatını tərəqqisi də məntiqi nəticəsidir. Bu gün ölkəmizdə elə KİV tapmaq olmaz ki, orada idmana yer ayrılmasın. Ayrıca idman telekanalının, 10-dan çox idman nəşrinin, onlarla idman xəbər portalının fəaliyyət göstərdiyi Azərbaycanda idman jurnalistlərimiz bir tərəfdən milli mətbuatımızın, digər tərəfdən isə idman ictimaiyyətimizin layiqli üzvünə çevriliblər. Sevindirici haldır ki, müasir idman jurnalistlərimiz Mirpaşa Miriyev, Aqşin Kazımzadə, Valid Sənani, Oqtay Bayramov qələm sahiblərinin ənənələrini layiqincə davam etdirirlər”.

 

Mehdiyev Beynəlxalq İdman Jurnalistləri günü münasibətilə Gənclər və İdman Nazirliyi adından təbrik mesajı yayacaqlarını da əlavə edib.

 

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu da hər il idman jurnalistlərini 22 iyul – Milli Mətbuat günündə təbrik etdiklərini bildirib. Lent.az-ın əməkdaşı ona AFFA-nın məhz idman jurnalistləri ilə çalışdığını və Gürcüstan Futbol Federasiyasının saytında təbrik mesajının yerləşdirildiyini xatırlatdıqda, Nərimanoğlu deyib: “Biz də bütün idman jurnalistlərini təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq”.

 

AFFA rəsmisi öz saytlarında da təbrik mesajının yerləşdiriləcəyini əlavə edib.

 

Qeyd edək ki, artıq təbrik mesajı AFFA-nın saytında yerləşdirilib. Təbrikdə deyilir: “Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2 iyul - Beynəlxalq İdman Jurnalistləri Günü münasibətilə bu sahədə fəaliyyət göstərən bütün KİV nümayəndələrini təbrik edir, onlara yaradıcılıq uğurları arzulayır!”

 

P.S. Artıq Gənclər və İdman Nazirliyi də təbrik mesajı yayımlayıb.

# 416
avatar

Oxşar yazılar

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

2 may 2024 , 14:54
Qadın futbolçular arasında DAVA:  7-si yaralandı

Qadın futbolçular arasında DAVA: 7-si yaralandı

2 may 2024 , 13:15
Klopp gələn il klubsuz qalacaq

Klopp gələn il klubsuz qalacaq

2 may 2024 , 09:35
PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49