Fransanın PSJ klubunun futbolçusu Zlatan İbrahimoviç İngiltərənin “Çelsi” klubu ilə Çempionlar Liqasının ¼ final mərhələsinin cavab görüşünü buraxacaq. Lent.az-ın məlumatına görə, isveçli hücumçu aprelin 2-də iki komanda arasında keçirilmiş ilk oyunun ikinci hissəsində baldırından zədə alıb.
Nəticədə o, 68-ci dəqiqədə Lukas Moura ilə əvəzlənib.
Qeyd edək ki, PSJ – “Çelsi” matçı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:1. Digər oyunda isə İspaniya “Real Madrid”i Almaniyanın “Borussiya” (Dortmund) komandasını darmadağın edib – 3:0. Cavab görüşləri aprelin 8-də olacaq.