Fransanın PSJ klubunun futbolçusu 4 həftəliyə sıradan çıxıb. Lent.az-ın məlumatına görə, isveçli hücumçu İngiltərənin “Çelsi” komandası ilə ilk ¼ final matçında zədələnib.
O, aprelin 8-də “zadəganlar”la cavab matçını buraxmalı olacaq.
Qeyd edək ki, Zlatan İbrahimoviç bu mövsüm Fransa çempionatında və Çempionlar Liqasında üst-üstə 38 oyuna 35 qol vurub.