Hiddink yenidən Hollandiya yığmasında
25 mart 2014 11:45 (UTC +04:00)

Hiddink yenidən Hollandiya yığmasında

Türkiyə milli komandasının sabiq baş məşqçisi Qus Hiddink özünə yeni iş yeri tapıb. Lent.az-ın “Voetbal International”a istinadən məlumatına görə, təcrübəli mütəxəssis Hollandiya yığmasına baş məşqçi təyin olunub.

O, Hollandiya Futbol İttifaqı ilə 2 illik müqavilə bağlayıb. Hiddinkə Rud van Nistelroy və Danni Blind yardımçı olacaq. Məşqçilər heyətinin təqdimatı bu həftə olacaq. Onlar 2014-cü il dünya çempionatından sonra işə başlayacaqlar.

Qeyd edək ki, Qus Hiddink 1994 – 1998-ci illərdə də Hollandiya millisinin baş məşqçisi olub. Hazırda isə 67 yaşlı mütəxəssis Cənubi Koreya yığmasında baş məşqçi köməkçisi kimi çalışır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 601

Oxşar yazılar