Hərbçilər arasında birinci Dünya Futbol Kubokunun yarımfinal oyunları keçirilib
13 iyul 2013 12:08 (UTC +04:00)

Hərbçilər arasında birinci Dünya Futbol Kubokunun yarımfinal oyunları keçirilib

 

Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Bu barədə Lent.az-a Müdafiyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Dalğa Arenada keçirilən qarşılaşmada Azərbaycan komandası Oman komandasına 1:2 hesabı ilə məğlub olub.

 

Bayıl stadionunda keçirilən ikinci yarımfinal oyununda isə İraq komandası Kot-Divuar komandasına 3:0 hesabı ilə qalib gəlib. İyulun 2-dən başlayan çempionat artıq sona çatmaq üzrədir və cəmi iki qarşılaşma qalıb. Final və üçüncü yer uğrunda oyun.


Beləliklə, iyulun 14-də 17:00-da ilk öncə Azərbaycan və Kot-Divuar komandaları üçüncü yer uğrunda Dalğa Arenada mübarizə aparacaqlar.

 

Nəhayət həmin gün 20:30-da Oman komandası ilə İraq komandası final oyununa çıxacaqlar. Dalğa Arenada keçiriləcək hər iki oyun “İdman Azərbaycan” kanalı və cempionatın rəsmi internet səhifəsində www.cism-wft2013.az canlı yayımlanacaq.
İyulun 15-də isə cempionatın rəsmi bağlanış mərasimi keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar