Hakan Çalhanoğluna FİFA şoku
17 mart 2016 01:49 (UTC +04:00)

Hakan Çalhanoğluna FİFA şoku

FİFA “Bayer”in turk futbolçusu Hakan Çalhanoğluna qarşı təhqiqata başlayıb.

 

Apasport.az saytının “goal.com”a istinadən məlumatına görə, ali futbol qurumu futbolçunun transferi zamanı yol verilmiş bəzi qanunsuzluqları üzə çıxarmaq üçün araşdırmalar aparacaq.

 

Leverkuzen təmsilçisinin mətbuat katibi Dirk Meş verdiyi açıqlamada bu araşdırmanın Hakanın onların klubuna keçidi ilə bir əlaqəsinin olmadığını bildirib.

 

Türkiyə mətbuatı isə iddia edir ki, bu təhqiqatın əsas səbəbi “Trabzonspor”un şikayətidi. Belə ki, Trabzon təmsilçisi 2011-ci ildə onlarla ön anlaşma imzalayan, daha sonra isə buna əməl etməyən futbolçu haqqında FİFA-ya müraciət edib.

 

Əgər iddialar sübut olunsa, Türkiyə milli komandasının da şərəfini qoruyan futbolçu bir neçə aylıq futbol oynamama cəzası ala bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 335
avatar

Oxşar yazılar