Hafiz Məmmədov “Atletiko” rəhbərliyinə Xocalıdan danışdı
03 mart 2014 10:50 (UTC +04:00)

Hafiz Məmmədov “Atletiko” rəhbərliyinə Xocalıdan danışdı

İspaniya çempionatında 26-cı turun mərkəzi görüşü “Atletiko” ilə “Real Madrid” arasında keçirilib. Lent.az-ın məlumatına görə, matç 2:2 hesablı heç-heçə ilə nəticələnib.

 

Hesabı 3-cü dəqiqədə “kral klubu”nun futbolçusu Kərim Benzema açıb. 28-ci dəqiqədə Koke bərabərlik qolunu vurub. İlk yarınının sonunda isə Qabi meydan sahiblərini önə çıxarıb. Lakin “Atletiko” qələbə hesabını sonadək qoruya bilməyib. 82-ci dəqiqədə Kriştianu Ronaldu “Real Madrid”i məğlubiyyətdən xilas edib.

 

Bununla da “kral klubu” 64 xalla liderliyini davam etdirib. “Barselona” 63 xalla 2-ci, “Atletiko” isə 61 xalla 3-cüdür.

 

Qeyd edək ki, “Atletiko” – “Real Madrid” matçını İspaniyada səfərdə olan “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov da izləyib. Məmmədov səfəri zamanı "Atletiko" rəhbərliyi ilə görüşdə Xocalı soyqırımına dair ətraflı məlumat verib. İspaniya klubunun rəsmiləri və fəxri qonaqlardan olan tanınmış futbolçu Radamel Falkao Azərbaycan xalqına başsağlığı verib. Məmmədov həmçinin İspaniyanın Madrid regionunun rəhbəri İqnasiyo Qonzales və Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyevlə də görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 735

Oxşar yazılar