Güllə atıcımız Dünya Kubokunu qazandı
29 mart 2014 11:11 (UTC +04:00)

Güllə atıcımız Dünya Kubokunu qazandı

İdmançılarımız İngiltərədə dünya kubokunun qalibi olublar. Lent.az-ın məlumatına görə, İngiltərənin  Stoke Mandeville şəhərində keçirilən güllə atıcılığı üzrə dünya kuboku yarışlarında Milli komanda üzvlərindən Kamran Zeynalov 10 metrlik atışda yekun nəticə olaraq 194.5 xal  toplayaraq, bütün rəqiblərini geridə qoyaraq, Dünya Kubokuna sahib olub.

Bu yarışın komanda növündə iştirak edən  Kamran Zeynalov, Əkbər Muradov və Elşad Məmmədov ümumilikdə 1661 xal toplayaraq  dünya kubokunun qalibi adını alıb. Qeyd edək ki, dünən çıxış edən paralimpiya millimizin idmançısı Elena Taranova gümüş medal  qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693

Oxşar yazılar