Göyçayda döyüş idman növləri üzrə ölkə çempionatı keçirilib
25 mart 2014 13:08 (UTC +04:00)

Göyçayda döyüş idman növləri üzrə ölkə çempionatı keçirilib

Göyçay Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arasında  döyüş idman növləri üzrə VII ölkə çempionatı keçirilib. Lent.az-ın məlumatına görə, çempionatın açılış mərasimində Azərbaycan Çoxmübarizəli Döyüş İdman Növləri Federasiyasının prezidenti, əməkdar məşqçi Vüqar Muradov, rayon gənclər və idman idarəsinin rəisi Elşən Şirinov çıxış edib.

 

Bildirilib ki, Azərbaycan idmançıları hər il çoxmübarizəli döyüş idman növləri üzrə Avropa və dünya çempionatlarından Vətənə medallar gətirirlər. Son 4 ildə bu idman növü üzrə dünya və Avropa çempionu titulunu qazanmış 6 idmançı imtahan vermədən birbaşa Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. Hazırda ölkəmizin 45 şəhər və rayonunda çoxmübarizəli döyüş idman növləri üzrə klublar fəaliyyət göstərir və ümumilikdə 5 mindən çox yeniyetmə və gənc bu idman növü ilə müntəzəm məşğul olur. Yarışda 22 şəhər və rayondan 220 idmançı 8 yaş qrupu üzrə 27 çəki dərəcəsində mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda ilk üç yeri tutan idmançılara diplom və medallar verilib.


Qeyd edək ki, baş məşqçi Xaləddin Şirinov ölkə çempionu olan idmançıları yığma komandanın heyətinə cəlb edərək beynəlxalq yarışlara hazırlayacaqdır. İdmançılar mayın 24-dən 28-dək Rumıniyanın Buxares şəhərində keçiriləcək Avropa çempionatında və noyabrda Polşada keçiriləcək keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888

Oxşar yazılar