George Hacı Rusiya klubu ilə anlaşıb
21 aprel 2016 17:45 (UTC +04:00)

George Hacı Rusiya klubu ilə anlaşıb

Rusiyanın "Rubin" klubunun yeni baş məşqçisi müəyyənləşib.  Lent.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, Kazan təmsilçisinin baş məşqçi vəzifəsinə rumıniyalı mütəxəssis George Hacı gətirilib.

51 yaşlı mütəxəssis mövsümün sonuna qədər Premyer Liqa təmsilçisini çalışdıracaq. Hacının özü təyinatı ilə bağlı açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, daha öncə "Qalatasaray"ı çalışdıran Hacının son komandası ölkəsinin "Vitorul" klubu olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 158
avatar

Oxşar yazılar