Futbol üzrə Rusiya Premyer Liqasında növbəti mövsümə 2014-cü il mayın 28-də yekun vurulacaq. Lent.az-ın məlumatına görə, bu barədə Rusiya Futbol Premyer Liqasının (RFPL) rəhbəri Sergey Pryadkin “İTAR-TASS”a açıqlama verib.
O bildirib ki, 2013-2014-cü il mövsümünə iyulun 14-də start veriləcək. Bundan 1 gün öncə isə Rostovda Superkubok qarşılaşması baş tutacaq.
Qeyd edək ki, Rusiya Premyer Liqası klublarından “Rubin”də Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov çıxış edir.