Futbol üzrə İran yığması Braziliyada keçiriləcək dünya çempionatına hazırlığı davam etdirir. Lent.az-ın İranın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, artıq Braziliyada çıxış edəcək futbolçular Quranın altından keçirilib.
10 gündən sonra start götürəcək mundialda İran yığması Argentina, Nigeriya və Bosniya – Herseqovinya yığmaları ilə birlikdə F qrupunda mübarizə aparacaq.