Donetskin “Şaxtyor” klubunun bəzi oyunçuları gözlənilməz addım atıblar. Lent.az-ın məlumatına görə, komandanın braziliyalı futbolçuları Aleks Teyxeyra, Fred, Dentinyo, Duqlas Koşta və argentinalı Fakundo Ferreyra “Lyon”nla oyundan “1:4 hesablı məğlubiyyət” sonra Ukraynaya qayıtmaq istəmədiklərini deyiblər. Onlar buna səbəb kimi, bir neçə gün öncə Malayziya Hava Yollarına məxsus olan və Amsterdam - Kuala Lampur istiqamətində uçan təyyarənin vurulmasını göstərib. Oyunçular Ukraynaya qayıtmamaqla baş məşqçi Mirça Luçeskunu çıxılmaz vəziyyətdə qoyublar.
Qeyd edək ki, Ukraynada sərnişin təyyarəsinin raketlə vurulması nəticəsində 298 nəfər həlak olub.