İngiltərənin «Vest Bromviç Alğbion» futbol klubunun hücumçusu Nikolya Anelka ölkə Futbol Assosiasiyasının qərarı ilə 5 oyun buraxacaq. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, buna səbəb onun antisemit çıxışı olub.
Bundan başqa fransalı futbolçu 130 min dollar da cərimə ödəyəcək.
Fransanın idman naziri 2013-cü ilin dekabrında oyunçunu antisemit hərəkətə görə suçlamışdı. Onda qol vurandan sonra Anelka faşistlərsayacı salam veribmiş.
Futbolçu bunun antisemit hərəkət olmadığını bildirsə də, assosiasiya ona qarşı antidiskriminasiya sanksiyası qəbul edib.