Argentinada futbol oyununda qadın hakim kəllə-beyin travması alıb. Lent.az-ın məlumatına görə, ölkənin D liqasında keçirilən qarşılaşmada meydanda olan futbolçulardan birinin topa zərbəsi xanım hakim Salomi Di Lorionun sifətinə tuş gəlib. Zərbənin gücündən qadın yerə yıxılıb və oyuna davam edə bilməyib. Xəstəxanaya aparılan referinin kəllə-beyin travması aldığı məlum olub.
Qeyd edək ki, "Liniers" - "Centro Espanyol" klubları arasındakı oyun 0:4 hesabı ilə qonaq komandanın xeyrinə baş çatıb.