Futbol matçı kütləvi davaya çevrildi: <span style="color:red;">15 qırmızı vərəqə
30 mart 2015 19:22 (UTC +04:00)

Futbol matçı kütləvi davaya çevrildi: 15 qırmızı vərəqə

Türkiyədə futbol üzrə həvəskarlar liqasında qalmaqal yaşanıb.

 

Lent.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, “Yağçılar” və “Həmzəbəyli” komandalarının oyununda hakim 15 futbolçuya  qırmızı vərəqə göstərib. Buna səbəb matçın 89-cu dəqiqəsində edilən kobudluq olub. Bundan sonra hər iki komandanın oyunçuları əlbəyaxa dava edib. Hakim “Yağçılar”ın 7 futbolçusuna, “Həmzəbəyli” komandasının 8 futbolçusuna qırmızı vərəqə göstərib. Bununla da oyunu təxirə salıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar