Futbol hakimi oyun zamanı öldü
13 may 2013 19:38 (UTC +04:00)

Futbol hakimi oyun zamanı öldü

 

Ukraynada oyun zamanı məşhur hakim, məşqçi və futbol funksioneri Aleksandr Qornostayev ölüb. Lent.az-ın məlumatına görə, hadisə ötən həftəsonu Poltava rayonunun kuboku uğrunda matçın gedişində baş verib.

 

Taxtaulovo yaşayış məntəqəsindəki görüşün sonuna 15 dəqiqə qalmış referi gözlənilmədən yerə sərilib. Köməyə gələn həkimlər onun artıq keçindiyini bildiriblər. İlkin məlumatlara əsasən, Qornostayevdə trombların tutulması üzündən ürəyi dayanıb.

 

Qeyd edək ki, apreldə Aleksandr Qornostayevin 54 yaşı tamamlanıb. O, karyerası ərzində 1000-dən çox oyun, o cümlədən Çempionlar Liqası və UEFA Kuboku uğrunda qarşılaşmaları idarə edib. Qornostayev yüksək səviyyəli hakim karyerasını 2003-2004-cü iul mövsümündə 45 yaş həddinə çatdıqdan sonra dayandırıb. Sabiq FİFA referisi son zamanlar uşaq-gənclər məktəbində məşqçilik və lokal səviyyədə hakimliklə məşğul olub. Qornostayev həm də “Dnepr”in kapitanı və Ukrayna millisinin futbolçusu Ruslan Rotanı yetişdirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1510
avatar

Oxşar yazılar