Fransa Kubokunda finalçılar müəyyənləşdi
19 aprel 2018 06:56 (UTC +04:00)

Fransa Kubokunda finalçılar müəyyənləşdi

0

Futbol üzrə Fransa Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

 

APA-nın məlumatına görə, “PSJ” klubu “Kan”ı 3:1 hesab ilə məğlub edərək həlledici matça vəsiqə qazanıb. Qaliblərin heyətində Kilian Mbappe dubla imza atıb.

 

Qeyd edək ki, bundan əvvəl Fransa çempionatının üçüncü divizionunda çıxış edən “Le Erbye” klubu gözlənilmədən turnirin finalına yüksəlib.

 

Fransa Kuboku uğrunda final matçı mayın 8-də keçiriləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 459

Oxşar yazılar