Fransa - Rusiya yoxlama oyunu ilə bağlı yerli hökümət təhlükəsizlik tədbirlərini gücləndirib.
Lent.az-ın “qol.az”-a istinadən məlumatına görə, sabah qarşılaşmanın keçiriləcəyi “Stad de Frans” stadionunda 400 polis əməkdaşı iş başında olacaq. Bundan başqa, stadionun ətrafında və binalarda snayperlər öz yerlərini tutacaqlar.
Fransa hökuməti Paris və Brüsseldə baş verən terror hadisələri səbəbindən təhlükəsizlik tədbirlərini gücləndirməyə qərar verib.
Qeyd edək ki, Fransa - Rusiya görüşü sabah keçiriləcək.