Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasının XXIX turunun 3 oyununu izləyəcək. Apasport.az saytının məlumatına görə, dünya və Avropa çempionu sabah baş tutacaq hər 3 matçı stadiondan seyr edəcək.
Foqts 17:00-da başlayan "Sumqayıt" – "Rəvan", 2 saat sonra meydana çıxacaq "Qarabağ" və "Neftçi", 21:00-da isə "İnter"lə "Bakı" arasında paytaxt derbisində arenada olmağa qərar verib.
Qeyd edək ki, turun ilk 3 qarşılaşması bu gün keçiriləcək.
Foqts sabah bütün günü futbol baxacaq
642