Foqts “Bavariya” dedi
24 may 2013 11:08 (UTC +04:00)

Foqts “Bavariya” dedi

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts “Bavariya” ilə “Borussiya” arasında sabah keçiriləcək Çempionlar Liqasının final oyunu haqda fikirlərini bildirib.

Lent.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, Şotlandiya mətbuatına müsahibəsində o, favorit kimi Münhen təmsilçisini göstərsə də, Dortmund komandasından ehtiyat etməyin gərəkliyini bildirib.

“Borussiya” əvvəl ÇL-i qazanmağa iddialı deyildi. Amma buna baxmayaraq, əla oynayaraq finala kimi gəldilər. Hazırda “Borussiya”nın heyətində Mario Qötze zədəlidir. Amma unutmayaq ki, “Borussiya” ilə “Bavariya” ötən il Almaniya klubunun finalında da qarşılaşıblar və dortmundlular 5:2 hesabı ilə qalib gəliblər” –deyə o vurğulayıb. 
     
B.Foqts hazırda “Bavariya”nın dünyanın ən güclü klubu olduğunu söyləyib: “Çox sevindircidir ki, Almaniyanın iki böyük klubu ÇL-in finalıda qarşılaşacaqlar. Ona görə də kimin qalib gəlməsinin mənim üçün fərqi yoxdur”.

 

# 728
avatar

Oxşar yazılar

“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12
Bukmeker kontoru mərc dünyasında  inqilaba   hazırlaşır

Bukmeker kontoru mərc dünyasında inqilaba hazırlaşır

5 may 2024 , 12:59
Runi  futbol əfsanələri   ilə işləyəcək

Runi futbol əfsanələri ilə işləyəcək

5 may 2024 , 11:56
Futbol oyunu  50:0 hesabı   ilə başa çatdı

Futbol oyunu 50:0 hesabı ilə başa çatdı

5 may 2024 , 09:51
“Jirona” tarixində ilk dəfə Çempionlar Liqasına VƏSİQƏ QAZANDI

“Jirona” tarixində ilk dəfə Çempionlar Liqasına VƏSİQƏ QAZANDI

5 may 2024 , 07:55
“Real”  36-cı dəfə   çempion oldu

“Real” 36-cı dəfə çempion oldu

4 may 2024 , 22:07
“Barselona” bu müdafiəçi ilə müqaviləsini uzadır

“Barselona” bu müdafiəçi ilə müqaviləsini uzadır

4 may 2024 , 20:00