Flavinyo: “Mən gələndə “Neftçi” 6 il idi çempion olmurdu”
20 may 2013 13:19 (UTC +04:00)

Flavinyo: “Mən gələndə “Neftçi” 6 il idi çempion olmurdu”

“Əvvəlkilərdən fərqli olaraq, bu mövsüm Azərbaycan çempionatı və kuboku ilə yanaşı, Avropa Liqasının qrup mərhələsində də mübarizə aparırdıq. Bu səbəbdən, indiki çempionluğu daha yüksək qiymətləndirirəm. Özüm isə “Neftçi”dəki ilk 2 mövsümdə olduğu kimi yaxşı oynamadım. Amma əlimdən gələni etdim. Müqayisə etdikdə, bu mövsüm pis çıxış etmədim”. Bunu Lent.az-a açıqlamasında “Neftçi”nin futbolçusu Flavinyo deyib.

 

30 yaşlı yarımmüdafiəçi Braziliya mətbuatında dərc olunan fikirlərinə aydınlıq gətirib. O, bildirib ki, öz həmyerlilərinə “Neftçi”nin çempionluğunda braziliyalıların böyük rolu oldu” deməyib: “Mən bura gəldiyim vaxt “Neftçi” 6 ildir çempion ola bilmirdi. Təbii ki, ardıcıl 3 mövsüm çempionluq əldə etməyimizdə təkcə braziliyalıların rolu olmayıb. Bütün komandaya təbrik düşür. Amma məncə, bizim köməyimiz də vacib idi. Mən demişəm ki, braziliyalılar “Neftçi”nin çempionluğuna kömək edib”.

 

Qeyd edək ki, hazırda “Neftçi”də Flavinyodan başqa daha 2 sambaçı – Denis Silva və Brunu Bertuççi də çıxış edir.

# 589
avatar

Oxşar yazılar