Fiqurlu konkisürənimiz “İce Star”da üçüncü yeri tutdu
21 oktyabr 2019 09:46 (UTC +04:00)

Fiqurlu konkisürənimiz “İce Star”da üçüncü yeri tutdu

Belarusun paytaxtı Minskdə fiqurlu konkisürmə üzrə “İce Star” turniri keçirilir.
 
APA-nın məlumatına görə, qadınların mübarizəsində mükafatçılar bəlli olub.
 
Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova yarışda uğurla çıxış edib. İki çıxışın yekununda 166,41 xal toplayan idmançı turniri 3-cü pillədə başa vuraraq bürünc mükafata yiyələnib.
 
“İce Star”ın qalibi adına rusiyalı Sofiya Samodurova sahib olub - 187,16 xal. İkinci yeri isə 178,82 xala malik cənubi koreyalı Kim Xa Nıl tutub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505
avatar

Oxşar yazılar